Logo

Bakıda 17 yaşlı qız zorla ərə verilir – DİN reaksiya verdi

Bakıda 17 yaşlı qız zorla ərə verilir – DİN reaksiya verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda 17 yaşlı qız zorla ərə verilir.

Sfera.az bildirir ki, bu barədə jurnalist Rahil Sayadoğlu məlumat yayıb.

“Qız 11-ci sinifdə oxumalıdır. Amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. 2 həftə sonra da toyları olacaq. Toya az qalıb, amma qız taleyi ilə barışmır. "Mən evlənmək yox, oxumaq istəyirəm” deyir”, - jurnalist qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov isə sözügedən paylaşıma reaksiya verərək, şəxsin qurumla əlaqələndirilməsini  istəyib.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR