Azərbaycanda III kurs tələbəsi qəfil VƏFAT ETDİ - FOTO
Kateqoriya məlum deyil
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının III kurs tələbəsi Ülvi Xankişiyev vəfat edib.
Bu barədə məlumatı Sfera.az-a Azərbaycan Dövlət Dəniz Akademiyasından təsdiqləyiblər.
Bildirilib ki, tələbənin hansı səbəbdən həyatını itirməsi barədə məlumat yoxdur.
Qeyd edək ki, sosial şəbəkədə Ülvi Xankişiyevin intihar etməsi barədə informasiya yayılıb.








