Güzəştli mənzillərin seçim prosesi başa çatdı - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçim prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayiblar.
***
15:15
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzilini satışa çıxarıb.
Sfera.az xəbər verir ki, müraciətlərin sayı 10 mindən çox olub. Başqa sözlə, hər 10 nəfərdən biri güzəştli mənzil ala biləcək.






