Logo

Polis Yasamalda əməliyyat keçirdi - 40 nəfər SAXLANILDI - VİDEO

Polis Yasamalda əməliyyat keçirdi - 40 nəfər SAXLANILDI - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR