Nazirlikdən əhaliyə MÜHÜM MÜRACİƏT
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi (FHN) əhaliyə müraciət edib.
Sfera.az fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev report-a bildirib ki, insanlar yanğın təhlükəsizliyinə riayət etməlidirlər.
“Yanğınlar nəticəsində meşələrə, kənd təsərrüfatına və evlərə böyük ziyan dəyir. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar. Meşəlik ərzilərdə tələblərə əməl etsinlər. Əkin-bişin sahələrinin kənarlarında təhlükəsizlik zolaqları yaratsınlar”, - E.Mirzəyev vurğulayıb.






