Logo

“Vallah yadımda deyil, ola bilər demişəm...” - Xalq artistindən səhhəti ilə bağlı daha bir AÇIQLAMA

“Vallah yadımda deyil, ola bilər demişəm...” - Xalq artistindən səhhəti ilə bağlı daha bir AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Əminə Yusifqızı səhhətinin pis olmadığını deyib.

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 85 yaşlı xalq artisti özü bildirib.

“Vallah yadımda deyil. Ola bilər elə vaxtıma düşüb, elə demişəm ki, səhhətim çox pisdir. Yaşlı adamam, hər şey ola bilər, səhhətim barədə hər şey deyə bilərəm”, - o əlavə edib.

Qidalanmasına gəlincə, Ə.Yusifqızı bunları söyləyib:

“Ümumiyyətlə, yaşlı adamlar çox az yeyir. Ona görə mən də az-az yeyirəm. Deyirlər, uzandı durmadı. Mən də elə deyirəm… Doğrudan da yaşım çoxdur. İndi hər şey qaydasındadır”.

Xatırladaq ki, Ə.Yusifqızı sentyabrın 21-də səhhətinin pis olduğunu, bir həftədir qidalanmadığını bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR