Logo

“Son dəyişikliyi zarafat hesab edə bilərsiniz” – Ekspertdən sürət həddi ilə bağlı qərara reaksiya

“Son dəyişikliyi zarafat hesab edə bilərsiniz” – Ekspertdən sürət həddi ilə bağlı qərara reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək”.

Sfera.az bildirir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O xatırladıb ki, sözügedən məsələ 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən təhlükəsizlik tədbirinə qoşulmaqdır:

“Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq, son dəyişikliyi zarafat da hesab edə bilərik: Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər: sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 33 küçədə sürət həddinin 30 km/saata salındığını açıqlayıb.

Türkan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR