Logo

Dövlətdən əhaliyə şad xəbər

Dövlətdən əhaliyə şad xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Nazirlikdən Reportyor.tv-yə verilən məlumata görə, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılıb. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcəkdir.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112” qaynar xəttinə müraciət etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR