Gürcüstanda BANKA HÜCUM - Silahlı şəxs helikopter istəyir
Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb.
Helikopter, tilov və Rusiya bayrağı istəyir. Əvvəlki iki milyon dollar tələbi də qüvvədədir.
Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə bir saatdan da az müddət qalıb.
***
13:30
Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.
Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.(Modern.az)






