Logo

Həbsdəki oğluna narkotik keçirmək istədi - SAXLANILDI

Həbsdəki oğluna narkotik keçirmək istədi - SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Sfera.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cəmil Qeysər oğlu Məmmədovla görüşə gəlmiş atası Şuşa rayon sakini Qeysər Cəmil oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR