Şəhid Yusif Qurbanov dəfn edildi - FOTO
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib.
Sfera.az-ın məlumatına görə, şəhidimiz Goranboyda dəfn edilib.
Şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.
Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb.






