Şəhid ailəsinə məxsus evi bir neçə nəfərə satan MTK rəhbəri HƏBS OLUNDU

Şəhid ailəsinə məxsus evi bir neçə nəfərə satan MTK rəhbəri HƏBS OLUNDU

Bakıda bir mənzili bir neçə şəxsə satan MTK-nın rəhbəri həbs olunub.

 

Sfera.az xəbər verir ki, bu haqda Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki,  “Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Hacıyev Nofəl Əhməd oğlu tərəfindən həmin MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Hacıyev Nofəl Əhməd oğlu CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulam ittiham elan edilib, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda istintaq davam edir.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir neçə nəfərə satılan mənzillər arasında şəhid ailəsinə məxsus ev də var.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...