Logo

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün şəhid olan daha altı hərbçimizin adı açılandı. Onlardan biri də əsgər Qarazadə Nicat Malik oğludu…

Nicat 24 oktyabr 2002-ci ildə Yardımlı rayonun Zəngələ kəndində anadan olub. Onun cəmi 20 yaşı var idi...

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Hə, hər kəs bir statusla tərk edir dünyanı. Bəziləri də şəhid olub gedir. Nicatın da şəhid olduğu bu gün bilinib…

Sfera.az xəbər verir ki, onun əmisi oğlu Hüseyn Qarazadə Lent.az-a şəhid haqqında danışıb:

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

"Uşaq idi də. Əsgərliyini bitirib XTQ-yə getmişdi. Bibim oğlunun qisasını alacam deyirdi. Neytralda qalıb, döyüş yoldaşları ilə 3 gün döyüşüb. Artilleriya atəşinə düşüb və Kəlbəcərdə şəhid olub.

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Subay idi, öz aramızda ona Əlifağa deyərdik…" Onun sözlərinə görə, şəhidin cənazəsi hazırda evinə gətirilir.

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Qeyd edək ki, şəhid Qarazadə Nicatın bibisi oğlu XTQ Səfərov Elimdar Səlimxan oğlu da 2016-cı il Aprel döyüşlərində şəhid olub. Elə Nicat da Elimdarın qisasını almaq istəyirmiş…

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Şəhid Səfərov Elimdar Səlimxan oğlu

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı - FOTOLAR

Şəhid Qarazadə Nicat Malik oğlu

Allah bütün şəhidlərə rəhmət eləsin...

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR