Logo

Müdafiə Nazirliyindən şəhidin qardaşının videosu ilə bağlı - AÇIQLAMA

Müdafiə Nazirliyindən şəhidin qardaşının videosu ilə bağlı - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun videosu ilə bağlı açıqlama yayıb.

Sfera.az-a daxil olan məlumatda deyilir:

"Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR