Logo

Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmış, əməkdar mədəniyyət işçisi Rimma Abdullayeva vəfat edib.

Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Sfera.az bildirir ki, bu haqda axşam.az-a "Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Rimma Əli qızı Abdullayeva 24 oktyabr tarixində 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.
Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", "Sahilsiz gecə" və digər ekran əsərlərində film direktoru işləyib, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR