Logo

MİDA-nın mənzilləri ilə bağlı DAHA BİR AÇIQLAMA: “Bu dəfə problem..”

MİDA-nın mənzilləri ilə bağlı DAHA BİR AÇIQLAMA: “Bu dəfə problem..”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İstifadəçilər Asan login vasitəsilə “eGov”a giriş edə bilməyiblər”.

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz MİDA-nın bu gün keçirilməli olan onlayn satışı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, istifadəçilərin bir hissəsi sistemdə olduğu halda digərləri daxil olmaqda çətinlik çəkiblər:

“”eGov”a cavabdeh qurumlar Asan login və eGov sistemlərinə hədsiz çox sorğular olması müəyyən edilib. Satışadək aparılan testlərə görə, bu sorğular məhdud çərçivədə olmalı idi. Sistemə olan çoxsaylı sorğuları Asan login rəsmiləri təhdid, kənar müdaxilə olaraq dəyərləndiriblər. Qısası, güman etmək olar ki, Asan login sisteminə kiber hücum olub. Bunu nəzərə alaraq, rəsmilər bu gün üçün nəzərdə tutulan satışı keçirməyi məqsədəuyğun hesab etməyiblər. Yəni bu dəfə problem MİDA sistemində deyil, Asan login sistemində olub”.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.

Günay Rəsulqızı,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR