Logo

19 yaşlı tələbənin intihar səbəbi BƏLLİ OLDU - YENİLƏNDİ

19 yaşlı tələbənin intihar səbəbi BƏLLİ OLDU - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə 19 yaşlı tələbə intihar edib.

Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Həsən Əhmədov (şərti) yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İlkin ehtimala görə, o, zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atıb. Belə ki, H.Əhmədov qulaqlarının böyük olduğunu düşünərək daha əvvəl əməliyyat olunaraq onları kiçiltdirib. Lakin nəticə onu qane etməyib. Bundan sonra tələbə ikinci dəfə əməliyyat olunmaq qərarına gəlib. Ancaq həkimlər əməliyyatın onun həyatı üçün riskli olacağını bildiriblər. Bundan sonra H.Əhmədov həyatına qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

***

10:08

Gəncədə 2003-cü il təvəllüdlü Əli Quliyev yaşadığı evdə özünü asaraq öldürüb.

Sfera.az-ın məlumatına görə, intihar edən 19 yaşlı oğlan Azərbaycan Tibb Universitetinin tələbəsi olub.(Unikal)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR