Xüsusi təyinatlılar azərbaycanlı quldur dəstəni belə zərərsizləşdirdi – VİDEO

Xüsusi təyinatlılar azərbaycanlı quldur dəstəni belə zərərsizləşdirdi – VİDEO

Moskvada biznesmeni oğurlayıb azad edilməsi üçün 300 min dollar tələb edən azərbaycanlılardan ibarət cinayətkardəstənin üzvləri həbs edilib.

 

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyat Moskvaətrafı Voskresenks rayonunda keçirilib. Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, banda üzvləri 29 yaşlı kişini (iri biznesmenin qohumu) onun Vostryakovsk keçidindəki evinin qarşısında avqustun 28-də gündüz saatlarında oğurlayıblar.

Cinayətkarlar bir neçə zərbə ilə həmin şəxsi yerə sərəndən sonra onu avtomobilin yük yerinə qoyublar və Moskva vilayətinə aparıblar. Banda üzvləri şəxsi evlərdən birində yerləşib, oğurladıqları şəxsi isə hamamda saxlayıblar və qapını qıfıllayıblar. Yaşları 27 ilə 54 arasında olan Azərbaycan vətəndaşları onun azad edilməsi üçün 300 min dollar tələb edərək məbləğin çatdırılması üçün bir neçə gün vaxt veriblər.

Lakin onlar pulu almağa imkan tapmayıblar. Sentyabrın 8-də onların olduğu evə "Rıs” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri basqın edib və 6 şübhəlini həbs edib. Mütəşəkkil dəstənin üzvlərinin başqa adam oğurluğu cinayətləri törətdiyi də ehtimal edilir. İrina Volk bildirib ki, oğurlanmış şəxs salamatdır və xəsarət almayıb.

 



OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...