Acun Azərbaycana başsağlığı verdi
Kateqoriya məlum deyil
Türkiyənin TV8 telekanalının rəhbəri Acun Ilıcalı Azərbaycana başsağlığı verib.
Sfera.az xəbər verir ki, Ilıcalı sosial şəbəkə hesabında Azərbaycanla Türkiyənin dövlət bayraqlarını paylaşaraq şəhidlərimizə rəhmət diləyib:
"Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm".






