Ermənistanın təxribatları ilə bağlı VACİB AÇIQLAMA
Kateqoriya məlum deyil
Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Çingiz Əsgərov "Twitter" hesabında paylaşım edib:
“Bu gün Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın öz öhdəliklərinin ziddinə olaraq Azərbaycanın suveren ərazisində törətdiyi təxribatlar və bizim Silahlı Qüvvələrimizin Azərbaycan xalqının təhlükəsizliyinə və müdafiəsinə əlavə təhdidlərin qarşısının alınması məqsədilə gördüyü qəti tədbirlər barəsində məlumatlandırdım”, - Çingiz Əsgərov yazıb.






