Logo

Ötən il adambaşına 125 kq çörək yemişik - STATİSTİKA

Ötən il adambaşına 125 kq çörək yemişik - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əhalisi ötən il 1 milyon 263 min 759 ton çörək istehlak edib.

Sfera.az ərzaq balansına dair açıqlanan məlumatlara istinadən xəbər verir ki, əhalidən başqa 6,55 min ton çörək mal-qara və quş yemi üçün istifadə olunub, həmçinin 8,192 min ton çörək itkiyə gedib.

Ümumilikdə, il ərzində 1,278 min tondan artıq çörək istifadə edilib.

Azərbaycanın çörəyə olan tələbatının hamısı yerli istehsal hesabına ödənilib. İl ərzində 1,278 milyon ton çörək istehsal olunub. Amma yerli məhsulla bərabər xaricdən də çörək idxal həyata keçirilib.

Ötən il 214 ton çörək idxal olunub.

Ərzaq balansına dair məlumata əsasən, Azərbaycan əhalisi ötən il adambaşına təxminən 125 kq çörək yeyib.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR