“Diqqətli olaq, təxribat var...” – Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

“Diqqətli olaq, təxribat var...” – Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

“Ölkədəki İran media şəbəkəsi internet  resurslarda cəbhədəki erməni təxribatları ilə bağlı əks təbliğat aparır”.

Sfera.az bildirir ki, bunu siyasi-ekspert Yeganə Hacıyeva deyib. O, insanları diqqətli olmağa çağırıb:

 

“Cəbhədə vəziyyət və Azərbaycan Ordusunun itkiləri ilə bağlı yalan xəbərlər və dezinformasiyalar yayır. Bu çirkli təbliğatda iştirak edərək onların işini asanlaşdırmayaq. Ancaq rəsmi instansiyalardan alınan məlumatlara etibar edək”.

 

Texno-bloqqer Fərid Pərdəşünas da sosial şəbəkə istifadəçilərinə müraciət edib. O, belə vəziyyətlərdə istifadəçilərin atmalı olduğu addımı açıqlayıb:

 

“Tək etməli olduğumuz şey yeni və ilk xəbəri yaymaq üçün yarışmamaqdır. Xüsusilə qarşı tərəfin daxili media və rəsmi qurumlarının açıqlamalarına istinad etməmək vacibdir. Diqqətli və səbrli olaq”.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...