Ermənistanın 10 hərbçisi YARALANIB
Kateqoriya məlum deyil
Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan ordusunda onlarla yaralı var.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.
Belə ki, gecə yarısı 10 yaralı erməni hərbçi Martuni şəhərində yerləşən tibb məntəqəsinə çatdırılıb.
Yaralılardan dördü paytaxt İrəvana köçürülüb. Ehtimal edilir ki, onların xəsarətləri ağır olduğundan xüsusi yardıma ehtiyacları var.






