Logo

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama - VİDEO

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub.

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR