Logo

Azərbaycanın iki güləşçisi yarımfinala vəsiqə qazandı 

Azərbaycanın iki güləşçisi yarımfinala vəsiqə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın 2 güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Sfera.az-ın məlumatına görə, bunlar dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli və ikiqat Avropa mükafatçısı Ülvü Qənizadədir.

55 kq. Eldəniz Əzizli 1/8 finalda Covanni Frenini (İtaliya) 8:0, 1/4 finalda isə Yu Şiotanini (Yaponiya) 9:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əzizli 2-ci dəfə dünya çempionatının finalına çıxmaq üçün yarımfinalda Maks Emiliano Nourini məğlub etməlidir.

72 kq. Ülvü Qənizadə 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, 1/4 finalda Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 məğlub edib. O, yarımfinalda Səlçuk Canla (Türkiyə) qarşılaşacaq.

77 kq. Ötən ilin dünya ikincisi Sənan Süleymanov təsnifat mərhələsində milliyyətcə çeçen olan İdris İbayevə (Almaniya) 7:8 uduzaraq medalsız qalıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR