Logo

5 qadın güləşçimiz Dünya çempionatında mübarizə aparacaq

5 qadın güləşçimiz Dünya çempionatında mübarizə aparacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadın güləşçilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb.

Sfera.az Güləş Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi - Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) ölkəmizi DÇ-də təmsil edəcək.

Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək.

Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR