Deputat Goranboyda görüş keçirdi - FOTOLAR
Kateqoriya məlum deyil
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunda ümumtəhsil məktəbləri üzrə əlaçı şagirdlər, ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplayan məzunlar və təhsildə nailiyyətləri ilə fərqlənən qabaqcıl müəllimlərlə görüş keçirib.
Sfera.az xəbər verir ki, görüşdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağalar Vəliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə 29 qabaqcıl müəllimin hər birinə 500 manat, 3 nəfər 600-700 arasında bal toplamış məzuna 500 manat, 500-600 arası bal toplamış 12 məzuna 200 manat, 227 nəfər əlaçı şagirdin hər birinə 100 manat pul mükafatı təqdim edilib.














































