Logo

İsmayıllıda şəhidin xatirəsinə həsr olunmuş yarış keçirildi - FOTOLAR

İsmayıllıda şəhidin xatirəsinə həsr olunmuş yarış keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ənənəvi olaraq “Cüdo” idman növü üzrə şəhid Vüsal Dəmirovun əziz xatirəsinə həsr olunmuş İsmayıllı açıq rayon birinciliyi keçirilib.

Sfera.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, cüdo idman növünün inkişafı, kütləviliyinin təbliği təşkil edir.

Olimpiya İdman Kompleksində təşkil olunan yarışda RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər şəhid Vüsal Dəmirovun keçdiyi şanlı döyüş yolundan söz açaraq qeyd ediblər ki, 2012- 2013- cü illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmağa sövq edib. O, həmçinin Aprel və Tovuz döyüşlərinin də iştirakçısı olub. 27 sentyabr Vətən müharibəsi zamanı qəhrəmanımız torpaqlarımızı azad etmək üçün könüllü olaraq savaşa qatılıb və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Çıxışlardan sonra yarışa srart verilib.

Gərgin və yüksək iradə nümayişi ilə keçən yarışın yekununda qaliblər tutduqları yerə uyğun olaraq tədbir təşkilatçıları tərəfindən medal və diplomlarla, Azərbaycan Cudo Federasiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR