Yeni hacker qrupu dünyaca məşhur "Anonymous"-a cavab verdi
Özlərinə "Agentlər" adını verən hacker qrupu, Rusiya ilə Türkiyə arasında yaşanan təyyarə böhranından sonra rus saytlarına çoxlu sayda hücum həyata keçirib. Bizimyol.info xəbər verir ki, Türkiyə banklarına edilən kiberhücumdan sonra, "Agentlər" adlı qrup qarşı hücuma keçib. Minlərlə rus saytını hacklayan qrup üzvlərindən biri olan "Fenerove" ləqəbli hacker, "Habertürk" qəzetinə açıqlama verib. "Fenerove"-nin verdiyi məlumata görə, qrupda liseydə və universitetdə təhsil alan 10 hacker var. ABŞ prezidenti Obamanın saytına, "Red Hack" qrupuna, PKK-ya yaxın saytlara kiber hücum təşkil edən "Agentlər" qrupu, Türkiyənin əleyhinə addımlar atan hər kəsə kiber hücum edəcəklərini deyib. Kiber döyüşdə boyun əyməyəcəklərini bəyan edən qrup, dünyaca məşhur hacker qrupu olan "Anonymous"-a da cavab verib. "Anonymous"un bir müddət əvvəl etdiyi hücumdan danışan "Fenerove", gündəmə oturacaq addımlar atacaqlarını deyib: "Keçən həftə ölkəmizə qarşı kiber hücum oldu. Bəzi bankların saytları işləmədi. Biz də "Anonymous"-u dayandırmaq və bizim də gücümüz olduğunu göstərmək üçün hücum təşkil etdik. "Anonymous" bu hücumu gözləmirdi. Sonradan geri addım atdılar.
Türk saytlarına hücum etmədiklərini deyən "Fenerove", hücum təhlükəsinin olduğu türk saytlarına xəbərdarlıq mesajları göndərdiklərini də deyib.






