Logo

Yağış, külək... - Sabahın hava PROQNOZU

Yağış, külək... - Sabahın hava PROQNOZU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR