Logo

Azərbaycanda daha 7 nəfər VƏFAT ETDİ - RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha 7 nəfər VƏFAT ETDİ - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, 9 838 nəfər vəfat edib, aktiv xəstə sayı 3 189 nəfərdir.

Ölkədə son sutka ərzində 4 343, hazırkı dövrədək isə 7 180 867 test aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR