Logo

“Trabzonspor”un futbolçusu: “Mən “Qarabağ”a gəlirəm” - FOTO

“Trabzonspor”un futbolçusu: “Mən “Qarabağ”a gəlirəm” - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb.

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib.

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də icarə əsasında oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunur.

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçir. Burada 5 il çıxış edir və 100 oyuna 27 qol vurur. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 17 oyuna 14 qol vurmağı bacarır.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR