Logo

Bakıda bu küçədə hərəkət qaydaları DƏYİŞDİ - FOTO

Bakıda bu küçədə hərəkət qaydaları DƏYİŞDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, dəyişiklik barədə paylaşımı öz feysbuk hesabında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev edib.

Dəyişikliyə əsasən yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

Sürücülərdən dəyişikliyi nəzərə almaqları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edilir.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR