Logo

Qaxda ev yandı

Qaxda ev yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaxda fərdi yaşayış evi yanıb.

Sfera.az-ın məlumatına görə, gecə saat 04 radələrində rayonun Şotovar kəndində, kənd sakini Xəyyam Şahmalıyevə məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR