Logo

Azərbaycanda koronavirusa yoluxanlar daha da ARTDI

Azərbaycanda koronavirusa yoluxanlar daha da ARTDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az0a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, 9831 nəfər vəfat edib, aktiv xəstə sayı 3 305 nəfərdir.

Ölkədə son sutka ərzində 4487, hazırkı dövrədək isə 7 176 524 test aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR