Logo

Karlsen turnirdən imtina etdi, Şəhriyara texniki qələbə verildi

Karlsen turnirdən imtina etdi, Şəhriyara texniki qələbə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

Sfera.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.

Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR