Logo

Xaçmazda qəzada ölən polis əməkdaşı içkili olub - YENİLƏNİB + FOTO

Xaçmazda qəzada ölən polis əməkdaşı içkili olub - YENİLƏNİB + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə Xaçmaz rayonunun Nabran kəndi ərazisində ağır yol qəzası nəticəsində ölüb.

Sfera.az Unikal-a istinadən xəbər verir ki, E.Mürsəlzadə dostuna aid “Hyundai” markalı avtomobili içkili şəkildə yüksək sürətlə idarə edib. Nəticədə o, yol kənarındakı ağaca çırpılaraq hadisə yerində dünyasını dəyişib.

Adıçəkilən polis serjantının özündən başqa bir qardaşı var, subay olub, onun 27 yaşı var idi.

Xaçmazda qəzada ölən polis əməkdaşı içkili olub - YENİLƏNİB + FOTO

***

12:20

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Sfera.az-a bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi "Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR