Səmada birdən-birə üç günəş göründü – Video
Kateqoriya məlum deyil
Bu gün Sankt-Peterburq sakinləri qəribə təbiət hadisəsinin şahidi olublar.
Avropa.info xəbər verir ki, şəhər üzərində eyni vaxtda üç günəş görünüb. Alimlərin dediyinə görə, bu nadir optik fenomen Qalo adını daşıyır.
Günəşin sağından və solundan onun balaca oxşarları peyda olub. Diqqətli baxanda məlum olur ki, iki balaca günəş günəşin hissələridir.
Qalo fenomeni sərt şaxtada günəş və ay ətrafında yarana bilər. Şaxta zamanı buz kristalları günəş işığını yansıtdığında görə bu fenomen ortaya çıxır.






