Logo

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər SAXLANILDI - YENİLƏNİB

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər SAXLANILDI - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

10:31

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb.

DİN rəsmisi Elşad Hacıyev Sfera.az-a bildirib ki, əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR