Logo

İŞİD "Ancelina Coli"ni öldürdü - FOTO

İŞİD "Ancelina Coli"ni öldürdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyada "Ancelina Coli" ləqəbi ilə məşhurlaşan kürd qızı Asiya Ramazan öldürülüb.

Sfera.az publika.az-a istinadən bildirir ki, o, YPG kürd güclərinin sıralarında İŞİD ilə qarşıdurmada həyatını itirib.
 
"Ancelina Coli"nin Suriyanın şimalında İŞİD ilə bir çox qarşıdurmada aktiv rol oynadığı bildirilir. "'Kürd qadınları üçün azadlıq İstəyirik" adlı Facebook səhifəsində də Ramazanın İŞİD ilə döyüşərkən öldüyü bildirilib.
 
Amma rəsmi mənbələr kürd qızının ölümünü hələ təsdiqləməyiblər.
 
Ramazanın üzvü olduğu YPJ (YPG-nin qadın qolu) Suriya və İraqda İŞİD-ə qarşı döyüşür. YPG-nin təxminən 20 faizini qadınlar təşkil edir.

İŞİD "Ancelina Coli"ni öldürdü - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR