Logo

Məhkəmədən Müdafiə Nazirliyinin saxlanılan generalı haqqında QƏRAR

Məhkəmədən Müdafiə Nazirliyinin saxlanılan generalı haqqında QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki,, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR