Yeni səfirliyimizin həyətində Nar ağacı əkildi - FOTOLAR
Bu gün Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı səfirliyin yeni binasının həyətində dostluq və birlik rəmzi kimi qəbul olunan nar ağacı əkib.
Qeyd edək ki, səfirliyin yeni binasında diplomatik heyət üçün iş otaqları, konsulluq şöbəsi mövcuddur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin təqdimatları üçün otaq və zallar yaradılıb. Bu otaqlarda milli xalçalar, geyimlər, musiqi və xalq sənətkarlığının müxtəlif nümunələri sərgilənir. Bu möhtəşəm bina Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini təbliğ etməklə yanaşı həm də dövlətimizin gücünü və nüfuzunu nümayiş etdirir.









