Logo

Azərbaycanın bu rayonunda 2 qadın YOXA ÇIXDI - FOTO

Azərbaycanın bu rayonunda 2 qadın YOXA ÇIXDI - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evədn çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR