Logo

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olan tələbələrin adlarını açıqlayıb.

Tələbə adı qazananlar arasında tanınmışların da övladları da var.

Bakupost.az bu il övladları ali məktəbə qəbul olan tanınmışları təqdim edir:

Jurnalist Hikmət Həsənovun oğlu İqtisad Universitetinin Elektronika Mühəndisliyi fakültəsinə qəbul olub.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

“Yeni Musavat” qəzetinin redaktoru Elşad Məmmədlinin oğlu Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsini seçib.

Azad Azərbaycan TV'da İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru Anar Şükürovun qızı ADA Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Jurnalist Ramina Eyvazqızının oğlu Texniki Universitetin Kompüter mühəndisliyi fakültəsini qazanıb.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Jurnalist Nicat Dağların qızı da qəbul olanlar sırasındadır. O, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin tələbəsi olub.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Jurnalist İsmayıl Qasımovun ailəsində isə ikiqat sevincdir. Çünki hər iki oğlu BDU-nun tələbəsi oldu. Qasımlı Toğrul Politologiya fakültəsini, Qasımlı Saqif isə Hüquq fakültəsini seçib.

Jurnalist Rauf Rəcəbov da bununla bağlı paylaşım edib:

"Böyük qızım Leyladan sonra yenidən Nəzrinin eyni həyəcanını yaşamaq çox qürurverici bir hissdir. Bu gün tələbə adını qazanan abituriyentləri və onların valıdeynlərini səmimi qəlbdən təbrik edirəm. Xalqımıza layiqli mütəxəssis olsunlar".

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

"Kaspi"nin əməkdaşı İlham İsmayılın qızı Həcər də universitetə qəbul olub:

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Xalq artisti Elçin Həşimovun qızı Bakı Musiqi Akademiyasının fortopiano şöbəsinə qəbul olub.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

Rejissor Nail Naiboğlunun qızı Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinə qəbul olunub.

Övladı tələbə adını qazanan tanınmışlar... - FOTOLAR

BAKUPOST

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR