“Təmir işlərinin aparılması vacib idi, çünki...” – Tbilisi prospektindəki təmirlə bağlı AÇIQLAMA

“Təmir işlərinin aparılması vacib idi, çünki...” – Tbilisi prospektindəki təmirlə bağlı AÇIQLAMA

Son günlər Tbilisi prospektindəki təmir işləri ilə bağlı narazılıqların şahidi oluruq. Bu istiqamətdə xüsusilə qeyd olunur ki, həmişə məktəblərin açılmasına az qalmış bu yolda işlərə başlanılır.

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yollarda təmir işləri planlı şəkildə aparılır:

 

“Bəzi küçələrin planı ilin əvvəlində hazırlanır, növbəli şəkildə həyata keçirilir. Doğrudur, Tbilisi prospekti əsas arterial yollardan biridir və orada nəqliyyat axını olduğuna görə təmir zamanı bu cür əks effektlər müşahidə edilir, tıxac yaranır. Bu da başadüşüləndir. İstənilən halda bu küçə nə vaxtsa təmir olunmalıdır, buna görə də çətinliklərə dözməliyik. İstər məktəb mövsümü, istəsə də başqa vaxt olsun, onsuz da pandemiyanın təsirindən qiymətlər bahalaşıb, quru sərhədlər bağlıdır deyə, insanlar Bakıdan kənara çıxa bilmir və ya qısa müddətə gedirlər. Bu da dəhşətli tıxaclara səbəb olur, şəhərdə sıxlıq var. Təmir işlərinin aparılması vacib idi, çünki o küçədə istənilən sürücü hərəkət edəndə yolun hansı vəziyyət olduğunu görürdü – qabarmalar, çökmələr..”.

 

Müsahibimiz sözügedən prospektdə təmir işlərinin uzun müddətli getmədiyini, yaxın 2 gün ərzində tam olaraq istifadəyə veriləcəyini bildirib:

 

“İstənilən yolda təmir işləri gedəndə çətinlik yaranır, buna səbrlə yanaşmaq lazımdır. Başqa variant yoxdur. Bakıda isə yol infrastruktru elədir ki, bir yolu bağlayanda digərlərinə də təsir edir. Bu gün elə küçələr təmir olunur ki, ümumiyyətlə xəbərimiz olmur. Tbilisi prospekti mərkəzi funksiyanı yerinə yetirdiyinə görə buradakı təmir dərhal gözə çarpır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...