Logo

Xalq artistinin son vəziyyəti - RƏSMİ AÇIQLAMA

Xalq artistinin son vəziyyəti - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Ənvər Həsənovun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir.

Bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - avqustun 31-də pozitiv çıxıb.

Eyni zamanda, bu gün Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı Xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

Qeyd edək ki, Xalq artistinin öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR