Səlcuq Bayrakdar: Azərbaycanda "Teknofest"i yenidən təşkil etmək istəyirik
Kateqoriya məlum deyil
Azərbaycanda önümüzdəki illərdə "Teknofest"i yenidən təşkil etmək istəyirik.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Samsun şəhərində keçirilən "Teknofest-2022" festivalı çərçivəsində jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bu il Bakıda baş tutan "Teknofest" gözləntilərinin üstündə olub: "İnsanlar bu festivalı çox maraqla qarşıladı. Biz çox xoşbəxt olduq. Qarabağdan sonra artan dostluğumuz daha da bərkidi, yaxşı gündə, pis gündə yan-yana olacağımızın göstəricisi oldu".






