Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asdı... - Ananın dəhşətli cinayəti

Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asdı... - Ananın dəhşətli cinayəti

Bakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.

 

Sfera.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad otel” adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01 radələrində paytaxt ərazisində özündə ağrılar hiss edib. Daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında, gecə saat 04 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 36 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.

 

Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.

 

Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preparatlarından istifadə etdiyini deyib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...