Logo

Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edildi - YENİLƏNDİ

Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edildi - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

14:20

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb.

Sfera.az-ın məlumatına görə, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.(Report)

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR