“Qarabağ”ın Vadji transferindən qazancı açıqlandı - TARİXİ MƏBLƏĞ
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin Fransanın “Sent Etyen” klubuna transferi rəsmiləşib.
Sfera.az xəbər verir ki, bununla da Ağdam klubu Azərbaycan futbol tarixinin ən bahalı satışını reallaşdırıb.
Əldə etdiyimiz məlumata görə, bu keçid “Qarabağ”a 1,6 milyon avro qazandırıb. Bu isə 2,7 milyon manat deməkdir.
Məlumatı saytımıza “Qarabağ”ın Baş meneceri Asif Əsgərov təsdiqləyib. O da məlum olub ki, ötən mövsüm seneqallı forvardın Ağdam klubuna transferi 500 min avroya başa gəlib.
Qeyd edək ki, ötən mövsüm “Qarabağ”a transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.(Qafqazinfo)






